2,0 litrlik dörd silindrli turbo mühərrik. Yeni hazırlanmış mühərrik kiçik bir paketdən maksimum güc alır. Yüksək fırlanma anı və səmərəliliyi ilə xarakterizə olunur. 195 kVt (265 AG) 0-100km/saat 6,2 saniyəyə. Maksimal sürət: 232 km/saat. Maksimum fırlanma anı: 400 Nm.
S
2,9 litrlik tvin-turbo V6 mühərrik. 2,9 litrlik tvin-turbo V6 mühərrik Macan S modelləri üçün yenidir və orijinal altı silindr ilə asanlıqla enerji ötürülməsi və ani reaksiya üçün nəzərdə tutulub. 280kVt (380 AG) 0-100km/saat 4,7 saniyəyə Maksimum sürət: 259 km/saat Maksimum fırlanma anı: 520Nm.
GTS
2,9 litrlik tvin-turbo V6 mühərrik. Macan GTS-də 2,9 litr həcm ilə 440 at gücündə artırılmış gücə malik iki turbo V6 mühərrik dayanılmaz performans və emosional akustika təqdim edir. 324 kVt (440 AG) Sport Chrono Paketi ilə 4,3 saniyəyə 0-100km/saat Maksimal sürət: 272 km/saat Maksimum fırlanma anı: 550Nm
Qalereya
Önəçıxanlar
Porsche Advanced Kokpiti.Yüksək texnologiyaya klassik idman avtomobili hissi ilə cavab verir: Porsche Advanced Kokpit. Porsche Advanced Kokpitin idarəetmə konsepsiyası proqressivdir: yüksələn mərkəzi konsol sürücüyə bütün idarəetmə vasitələrini barmaqlarının ucunda saxlamağa imkan verir. Yüksək ayırdetmə qabiliyyətinə malik 10,9 düymlük sensor displey idarə panelinə inteqrasiya olunub.
Məlumat-əyləncə sistemi.Yüksək keyfiyyətli 10,9 düymlük sensor ekranlı Porsche Communication Management (PCM) avtomobilinizin idarəetmə mərkəzidir. Ən müasir onlayn xəritələr və Real-vaxt Trafik Məlumatı ilə marşrutun hesablanması sayəsində siz təyinat yerinə daha tez çatacaqsınız. Simsiz Apple CarPlay ilə siz səyahətiniz zamanı müxtəlif proqramlardan asanlıqla istifadə edə bilərsiniz. Porsche Connect proqramının köməyi ilə siz təyinatları və təqvim qeydlərini sinxronizasiya edə və Amazon Music kimi media axını xidmətlərindən istifadə edə bilərsiniz.
Aktiv parkinq dəstəyi ilə ParkAssist.Yeni ParkAssist şəhər trafiki üçün mükəmməl yoldaşdır. O, uyğun parkinq yerlərini axtarır və tanıyır və bir düyməyə toxunmaqla parkinqi öz üzərinə götürür.Bu üstünlük siz üçün paralel və perpendikulyar parkinq yerlərində tərs parklama zamanı nəzərə çarpacaq dərəcədə rahatlıq yaradacaq.
BOSE® Səs Sistemi.Sabvufer və mərkəzi dinamik, 14 gücləndirici kanal və 665 vatt ümumi çıxış daxil olmaqla 14 dinamikdən ibarət surround səs sistemi, hətta SoundTrue Enhancement Technology sayəsində MP3 kimi məlumat sıxılmış formatlarda da təsirli akustik təcrübə yaradır.